Bank Of Baku

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək

Çinin müdafiə naziri Rusiyaya səfər edəcək
# 14 aprel 2023 11:36 (UTC +04:00)

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei bildirib.

"Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə Çinin müdafiə naziri Li Şanfu aprelin 16-19-da Rusiyaya rəsmi səfər edəcək", - deyə Çin MN rəsmi nümayəndəsi vurğulayıb.

Qeyd olunub ki, Li Şanfu Rusiya Federasiyasına səfəri zamanı Rusiya ordusunun rəhbərliyi ilə danışıqlar aparacaq, həmçinin Rusiya hərbi təhsil müəssisələrinə baş çəkəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR