Dubay limanında baş verən partlayış yanıcı maddələr və materiallar daşıyan yük tankerində olub.
APA “Al Arabiya” telekanalına istinadən xəbər verir ki, Dubay hökumətinin rəsmi nümayəndəsi Mona əl-Marri bildirib.
Onun sözlərinə görə, gəmidəki heyəti vaxtında təxliyə olunub.
Hazırda partlayışdan sonra gəmidə baş verən yanğının söndürülməsi tədbirləri görülür.
***
00:28
Dubayda Jebel-Ali limanında neft çənlərinin yerləşdiyi ərazidə güclü partlayış baş verib.
APA RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə limanda olan gəmidə qeydə alınıb.
Hadisə nəticəsində itkilərlə bağlı məlumat verilməyib.