Bank Of Baku

Əfqanıstan hökumətinin media departamentinin rəhbərini "Taliban" öldürüb - YENİLƏNİB

Dava Xan Menapal

© APA | Dava Xan Menapal

# 06 avqust 2021 14:26 (UTC +04:00)

"Taliban"ın sözçüsü Zabihullah Mucahid Əfqanıstan hökumətinin media departamentinin rəhbəri Dava Xan Menapal qruplaşmanın silahlıları tərəfindən öldürüldüyünü deyib.

APA-nın AP-ə istinadən veridiyi xəbərə görə, ZMucahid bu barədə açıqlama yayıb.

“O etdiklərinə görə cəzalandırılıb", - deyən Z.Mucahid əlavə detallar verməyib. 

Qeyd edək ki, Əfqanıstan jurnalistlər üçün ən təhlükəli ölkələrdən biridir.
 

***

14:26

Əfqanıstan hökumətinin media və informasiya departamentinin rəhbəri Dava Xan Menapal öldürülüb.

APA-nın "TOLO News"-a istinadən verdiyi xəbərə görə, dövlət rəsmisi bu gün paytaxt Kabilin qərbində Darul Aman yolunda naməlum şəxslərin hücumu nəticəsində həyatını itirib. 

D.X. Menapal media və informasiya departamentinin rəhbəri postundan əvvəl 2016-2020-ci illərdə Əfqanıstan Prezidentinin mətbuat katibinin müavini vəzifəsində çalışıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR