Bank Of Baku

Əfqanıstan MN: Son sutkada "Taliban"ın 406 yaraqlısı məhv edilib

Əfqanıstan hərbçisi

© APA | Əfqanıstan hərbçisi

# 06 avqust 2021 10:38 (UTC +04:00)

Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri son 24 saat ərzində "Taliban"ın 406 yaraqlısını məhv edib.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstan Müdafiə Nazirliyi "Twitter" hesabında bildirib.

Nazirliyin məlumatına görə, son 24 saat ərzində Zabul, Ləğman, Qəzni, Paktia, Xost,  Nəngərhar, Herat, Qəndahar, Cövzcan, Səməngan, Fəryab, Sar-e Pol, Hilmənd, Bəlx, Təxar, Bəğlan və Kapisa vilayətlərində həyata keçirilən əməliyyatlar nəticəsində 406 "Taliban" yaraqlısı öldürülüb, 209-u isə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR