Əfqanıstanda mina partlayışı nəticəsində bir ailənin 6 üzvü həyatını itirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Əfqanıstanın şimal-şərqində, Kapis vilayətində baş verib.
Mina partlayışı nəticəsində 6 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.