Əfqanıstanın Badahşan vilayətində bu gün baş vermiş yol qəzası nəticəsində yeddi nəfər ölüb, iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi vilayət polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, qəza səhər saatlarında dağlıq Darvaz bölgəsinin Maimay rayonunda baş verib.