Pakistan-Əfqanıstan sərhədində baş vermiş atışma nəticəsində Pakistan Sərhəd Xidmətinin 1 əsgəri ölüb, 2 nəfər yaralanıb.
APA TASS-a istinadən xəbər verir ki, hadisə “Spin-Boldak-Çaman” sərhəd-keçid məntəqəsinin ərazisində baş verib.
Pakistan tərəfi sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırıb və Əfqanıstan hadisəni törədənləri təslim edəndən sonra yenidən sərhəd məntəqəsinin açılacağını bildirib.