Bank Of Baku

Əli Xamenei və ailə üzvlərinin öldürülməsi işi üzrə 92 ABŞ və 67 İsrail vətəndaşı barəsində ittiham aktı tərtib edilib

Əli Xamenei və ailə üzvlərinin öldürülməsi işi üzrə 92 ABŞ və 67 İsrail vətəndaşı barəsində ittiham aktı tərtib edilib
# 17 noyabr 2026 15:15 (UTC +04:00)

İran Məhkəmə-Hüquq Sisteminin sözçüsü Əli Kazemi İranın keçmiş Ali Rəhbəri Əli Xamenei və onun ailə üzvlərinin öldürülməsi ilə bağlı cinayət işinin son vəziyyəti barədə məlumat verib.

APA-nın Tehran bürosunun məlumatına görə, o, keçirdiyi mətbuat konfransında bildirib ki, prokurorluq mərhələsində aparılan araşdırma və zəruri hüquqi tədbirlərdən sonra keçmiş Ali Rəhbərin öldürülməsi ilə nəticələnən hücumlarda ittiham olunan 92 ABŞ vətəndaşı və 67 İsrail vətəndaşı olmaqla, ümumilikdə 159 nəfər barəsində ittiham aktı tərtib edilib.

Kazemi əlavə edib ki, ittiham aktı təsdiqləndikdən sonra işə baxılması üçün İslam İnqilabı Məhkəməsinə göndərilib.

O, həmçinin məhkəmə araşdırmasının keçmiş Ali Rəhbərin öldürülməsi ilə yanaşı, onun ailə üzvlərinin öldürülməsi məsələsini də əhatə etdiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR