Bank Of Baku

İran vurulan gəmiyə görə Ukraynadan kompensasiya tələb edir

İran vurulan gəmiyə görə Ukraynadan kompensasiya tələb edir
# 28 iyul 2026 23:12 (UTC +04:00)
0:00 / 0:00
80%

İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andriy Sibiqa ilə telefon danışığının təfərrüatlarını açıqlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi sosial şəbəkə hesabında yazıb ki, Sibiqa telefon danışığı zamanı İran gəmisinə hücumun qəsdən törədilmədiyini bildirib və Kiyevin regionda gərginliyin artmasında maraqlı olmadığını vurğulayıb.

İranın xarici işlər naziri qeyd edib ki, Tehran da gərginliyin daha da artmasını istəmir.

Onun sözlərinə görə, söhbət zamanı İran vətəndaşlarına və ölkənin maraqlarına qarşı hər hansı hücumun qəbuledilməz olduğu Ukrayna tərəfinin diqqətinə çatdırılıb.

Əraqçi əlavə edib ki, insident nəticəsində dəymiş bütün zərər və itkilər tam şəkildə kompensasiya edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR