Bank Of Baku

Aİ Rusiyanın müvəqqəti işlər vəkilini Xarici Fəaliyyət Xidmətinə çağırıb

Aİ Rusiyanın müvəqqəti işlər vəkilini Xarici Fəaliyyət Xidmətinə çağırıb
# 28 iyul 2026 15:56 (UTC +04:00)

Avropa Komissiyası Rusiyanın Avropa İttifaqındakı müvəqqəti işlər vəkilini Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını pozması və Latviyanın Kiyevdəki fəxri konsulluğunun raket zərbəsi nəticəsində zədələnməsi ilə əlaqədar Aİ-nin Xarici Fəaliyyət Xidmətinə çağırıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ənvar əl-Anuni Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

"Bu gün Rusiyanın Aİ-dəki müvəqqəti işlər vəkilini Rumıniyanın hava məkanına Rusiya pilotsuz uçuş aparatlarının daxil olması və Latviyanın Kiyevdəki fəxri konsulluğunun dağıdılması ilə bağlı cavab tədbirlərimiz çərçivəsində Xarici Fəaliyyət Xidmətinə çağırdıq", – deyə sözçü qeyd edib.

Əl-Anuni bildirib ki, görüş zamanı Aİ Rusiyanın pilotsuz uçuş aparatlarının Rumıniyanın hava məkanını qəsdən pozmasını qətiyyətlə pislədiyini qarşı tərəfin diqqətinə çatdırıb.

"Bu məsuliyyətsiz addım Rusiyanın təhlükəli eskalasiyaya getdiyini göstərir və Aİ vətəndaşlarının təhlükəsizliyi, regional sabitlik və beynəlxalq sülh üçün təhdid yaradır", – deyə Avropa Komissiyasının sözçüsü vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR