Bank Of Baku

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü qeyd olunub - FOTO

Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü qeyd olunub - FOTO
# 28 iyul 2026 19:45 (UTC +04:00)

İyulun 28-də Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü qeyd olunub.

APA xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib ki, bu il Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-cu ildönümü qeyd olunur.

“1927-ci ildə yaradıldığı gündən bəri Çin Xalq Azadlıq Ordusu ölkənin milli suverenliyini, ərazi bütövlüyünü, təhlükəsizliyini və inkişafını qorumağa sadiqdir. Eyni zamanda, Çin Xalq Azadlıq Ordusu dünyada sülhün tərəfdarı kimi qlobal sabitliyə mühüm töhfələr verir.

Çin və Azərbaycanın yaxşı dost və strateji tərəfdaş olduğunu diqqətə çatdıran diplomat deyib ki, iki ölkə arasında diplomatik münasibətlər qurulduğu illər ərzində əlaqələr sağlam və sabit inkişaf edib, müxtəlif sahələrdə səmərəli əməkdaşlıq ölkələrin inkişaf və dirçəlişinə güclü təkan verib və xalqlarımıza real faydalar gətirib.

Çin və Azərbaycan hərtərəfli strateji tərəfdaşlardır. İki ölkə liderlərinin strateji rəhbərliyi altında Çin-Azərbaycan münasibətləri güclü dinamika nümayiş etdirir. Müxtəlif sahələrdə əməkdaşlıq davamlı irəliləyiş əldə edir və xalqlarımız üçün real faydalar yaradır”.

Diplomat hərbi əməkdaşlığın da ikitərəfli strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb:

“Çin ordusu Azərbaycan Silahlı Qüvvələri ilə mübadilə və əməkdaşlığı daha da gücləndirməyə və ikitərəfli əməkdaşlığımıza yeni töhfələr verməyə hazırdır”.

Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun hərbi sahədə mübadilə və əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyini qed dib.

"İllər ərzində silahlı qüvvələrimiz yüksəksəviyyəli səfərlər, peşəkar dialoq, hərbi qulluqçuların hazırlığı və ortaq maraq doğuran sahələrdə əməkdaşlıq vasitəsilə dostluq əlaqələrini davamlı şəkildə inkişaf etdirmişdir. Bu mübadilələr qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etmiş və gələcək əməkdaşlığın inkişafı üçün etibarlı zəmin yaradıb", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR