Bank Of Baku

Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış baş verib, ölənlər var

Yaponiyada zəlzələdən sonra ticarət mərkəzində partlayış baş verib, ölənlər var
# 28 iyul 2026 16:05 (UTC +04:00)

Yaponiyanın Kyushu adasında baş vermiş 7,1 bal gücündə zəlzələdən sonra Kumamoto prefekturasının Kaşima qəsəbəsində yerləşən "Aeon Mall Kumamoto" ticarət mərkəzində partlayış baş verib.

Bu barədə "Fuji TV" telekanalları məlumat yayıb.

"Fuji TV" partlayış nəticəsində ölənlərin olduğunu bildirib. Rəsmi qurumlar isə 200 nəfərin təxliyyə olunduğunu və dağıntılar altında insanların qala biləcəyini istisna etmir. Hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Xatırladaq ki, iyulun 28-də Yaponiyanın Küsü adasında 7,1 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 50-dən çox insan xəsarət alıb, Ariake körfəzi və Yatsuşiro dənizi sahilləri üçün isə sunami xəbərdarlığı elan olunmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR