Bank Of Baku

Ərdoğan ABŞ-də Məsud Pezeşkianla görüşüb - FOTO - YENİLƏNİB

Ərdoğan ABŞ-də Məsud Pezeşkianla görüşüb  - FOTO  - YENİLƏNİB
# 23 sentyabr 2024 23:00 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə görüşüb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, görüş ABŞ-nin Nyu-York şəhərindəki “Türkevi”ndə baş tutub.

Sabah isə Türkiyə liderinin Birləşmiş Millətlər Təşkilatının 79-cu Baş Assambleyasında çıxış edəcəyi gözlənilir.

Görüşdə Türkiyə ilə İran arasında ikitərəfli əlaqələr, İsrailin Fələstinə və Livana hücumları, regional və qlobal hadisələr müzakirə edilib.


***
22:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

APA xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR