Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb.
APA-nın Rusiya bürosu Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşün protokol hissəsində Putin Rusiya və Türkiyə arasında iqtisadi əməkdaşlığın səviyyəsini yüksək olaraq qaldığını söyləyib.
Bildirib ki, 2025-ci ilin yekununa görə, Türkiyəyə təxminən 7 milyon rusiyalı səfər edib.
Putin Rosatom-un 2026-cı ildə Akkuyu AES blokunu işə salacağına əminliyini ifadə edib.
O vurğulayıb ki, Türkiyə həm xarici siyasətdə, həm də iqtisadi məsələlərdə Rusiyanın imtiyazlı tərəfdaşlarından biridir.
Türkiyə lideri isə çıxışında Ankara-Moskva münasibətlərinin əvvəlkindən daha yüksək səviyyədə olduğunu söyləyib.
Qeyd edib ki, Akkuyu AES istismara verilməsinin son mərhələsindədir.
Ərdoğan Putinə Akkuyu Atom Elektrik Stansiyasını birgə istismara verməyi təklif edib.
Fərid Əkbərov
***
17:51
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində görüş keçirilir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin görüşdən əvvəl mediaya açıqlamalar veriblər.
Dəryanur Cəfərova