Bank Of Baku

Ərdoğan: Efiopiya ilə Somali Ankarada danışıqlar nəticəsində aralarındakı böhranın həllinə dair razılıq əldə edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan

# 12 dekabr 2024 01:44 (UTC +04:00)

Efiopiya ilə Somali Ankarada keçirilən danışıqlar zamanı iki ölkə arasındakı böhranın həllinə dair razılıq əldə edib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Rəcəb Tayyib Ərdoğan Ankarada iki ölkə lideri ilə keçirdiyi görüşün nəticələrinə dair açıqlamasında bildirib.

O qeyd edib ki, bu istiqamətdə yeni başlanğıcın addımları Ankarada atıldı:

“Hər iki ölkənin dəyərli töhfələri ilə biz bu gün razılaşdığımız ortaq bəyanat mətnini hazırlamışıq. Bu ortaq bəyanatda keçmişə deyil, gələcəyə diqqət yetirilir və bizim üçün çox vacib olan bu iki dost ölkənin bundan sonra quracağı prinsiplər qeyd olunur. İnanıram ki, bu bəyanat gələcək dövrdə regionda qarşılıqlı hörmət əsasında əməkdaşlıq, iqtisadi inkişaf və tərəqqi üçün möhkəm zəmin yaradacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR