Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistanın Xalq Məsləhətinin sədri, keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.
Görüş Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısı çərçivəsində baş tutub.