Bank Of Baku

Ərdoğan: Suriyanın ərazi bütövlüyü Türkiyənin dəyişməz xəttidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 24 dekabr 2024 00:36 (UTC +04:00)

Suriyanın ərazi bütövlüyünün və unitar quruluşunun hər bir şəraitdə qorunması Türkiyənin dəyişməz xəttidir.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında yazıb.

"Suriyanın və bölgəmizin gələcəyində İŞİD və PKK daxil olmaqla heç bir terror təşkilatına yer yoxdur. PKK və onun törəmələri ya özlərini ləğv edəcək, ya da ləğv olunacaqlar", - Ərdoğan qeyd edib.

Dövlət başçısının sözlərinə görə, Türkiyə Suriyada anti-terror əməliyyatlarını da davam etdirəcək.

"Suriyanın yeni rəhbərliyinin bu məsələdə qətiyyətini alqışlayırıq", - Türkiyə lideri əlavə edib.


Sahilə Cabbar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR