Bank Of Baku

Ərdoğan: Türkiyə ordusu Suriyanın şimalında varlığını davam etdirəcək

Ərdoğan: Türkiyə ordusu Suriyanın şimalında varlığını davam etdirəcək
# 19 may 2023 18:44 (UTC +04:00)

Türkiyə ordusu Suriyanın şimalında varlığını davam etdirəcək.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

O qeyd edib ki, Ankaranın bu ərazilərə hərbi kontingent göndərməsinin yeganə səbəbi terrorla mübarizədir.

Ərdoğan, həmçinin Suriyanın şimalında terrorla mübarizədə əməkdaşlığa nail olunduğu halda, bunun Dəməşqlə münasibətlərin normallaşması prosesinə də müsbət təsir göstərəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR