Türkiyə Qazaxıstanın stabilliyi, rifahı və ərazi bütövlüyünə dəstək və önəm verir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə görüşü zamanı deyib.
O qeyd edib ki, Qazaxıstan liderinin Türkiyəyə səfəri çərçivəsində imzalanan 14 sənədə əlavə olaraq, daha 6 anlaşma imzalanacaq.