Paşha Bank
Bank Of Baku

Ərdoğan Xəlifə Həftərlə görüşüb

Liviya Milli Ordusunun baş komandanı Xəlifə Həftər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

© APA | Liviya Milli Ordusunun baş komandanı Xəlifə Həftər, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

# 25 noyabr 2026 18:15 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Ordusunun baş komandanı, marşal Xəlifə Həftəri və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

“Anadolu”nun xəbərinə görə, görüş bu gün Ankarada Prezident Sarayında keçirilib.

Görüş mətbuat üçün qapalı olub.

Qeyd edək ki, Türkiyədə rəsmi səfərdə olan Xəlifə Həftər Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalınla da görüşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR