Bu gün Malatyada zəlzələdən əziyyət çəkən 1692 nəfər vətəndaşımızın yeni tikilmiş mənzilinin açarlarını onlara təqdim edirik.
APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Vətəndaşlarımızın hər biri üçün evlərin xeyirli olmasını diləyirəm. Zəlzələlərdən sonra inşasına başladığımız mənzillərin bir qismini isə Ramazan bayramında təqdim edəcəyik”, - o, əlavə edib.