Ərdoğan Zelenski ilə telefon danışığı aparıb

Ərdoğan Zelenski ilə telefon danışığı aparıb
# 12 may 2025 20:29 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O qeyd edib ki, Ankara sülh üçün danışıqlarda rolunu oynamağa davam edəcək. Onun sözlərinə görə, sülh üçün yeni bir qapı açılır və bu fürsətdən istifadə etmək lazımdır.

Ərdoğan, ABŞ Prezidenti Donald Trampın qaynar münaqişələrin dialoq və diplomatiya yolu ilə həll etmək səylərini dəstəklədiyini də vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR