Bank Of Baku

Ərdoğan Zelenski ilə telefonla danışıb

Ərdoğan Zelenski ilə telefonla danışıb
# 16 mart 2022 21:59 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

APA Anadolu agentliyinə istinadən xəbər verir ki, görüş zamanı Ukrayna-Rusiya müharibəsində son hadisələr müzakirə olunub.

Prezident Ərdoğan ukraynalı həmkarı ilə Rusiya Prezidenti Vladimir Putini bir araya gətirmək üçün səylərini davam etdirəcəyini bildirib.

Rəcəb Tayyib Ərdoğan Zelenski ilə görüşündə ən qısa zamanda daimi atəşkəsə nail olmağı hədəflədiklərini və müharibənin davam etdirilməsinin heç kimə fayda vermədiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR