Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfəri başlayıb.
APA xəbər verir ki, Türkiyə dövlət başçısını Astanada hava limanında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.
***
11:01
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
APA “Hürriyət”ə istinadən xəbər verir ki, Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV iclasına qatılacaq.
O, eyni zamanda, Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə Müşavirənin VI Zirvə toplantısında iştirak edəcək.
Türkiyə dövlət başçısının Astanada sabah Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılır.