Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev arasında telefon danışığı olub.
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidentinin Ofisi məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın birinci Prezidentinin ad gününü təbrik edib.