Filippində “Megi” tropik qasırğasının doğurduğu daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bu barədə rəsmi məlumatda bildirilib. Azı 27 nəfər itkin düşmüş hesab olunur. Ölənlərin sayının artacağı istisna edilmir.
Leyte əyalətində torpaq sürüşməsi nəticəsində yüzədək ev dənizə tökülüb.
***
06.35
Filippində davam edən Ataton tropik qaırğasında ölənlərin sayı 44 nəfərə çatıb.
APA-nın xəbərinə görə, bunu Filippinin Bədbəxt hadisələrin qarşısının alınması üzrə Milli Şurası yayıb.
Şura bildirib ki, təbii fəlakət 500 mindən çox insanın həyatına təsir edib. 42 min nəfər evlərini tərk edib, 7 nəfər itkin düşüb. Təbii fəlakət zonasında körpü və binalar dağılıb.