Bank Of Baku

Gürcüstana yağ aparan Rusiya gəmisinə Türkiyə sahillərində dron zərbəsi endirilib

Gürcüstana yağ aparan Rusiya gəmisinə Türkiyə sahillərində dron zərbəsi endirilib
# 02 dekabr 2025 10:49 (UTC +04:00)

Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirilib.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.

“MIDVOLGA-2” tankerinin Rusiyadan Gürcüstana gedərkən Türkiyədən sahilindən 80 mil məsafədə hücuma məruz qaldığı qeyd edilib.

“13 nəfərlik gəmi heyəti arasında xəsarət alan yoxdur. Gəmidən yardım tələbi daxil olmayıb. Gəmi hazırda Sinop istiqamətində hərəkətini davam etdirir”, - məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR