Kriptovalyuta bazarında son günlər müşahidə olunan enişdən sonra bəzi aktivlərdə nisbi artım müşahidə olunub.
“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son sutkada 0,39% artaraq 74 682,18 ABŞ dollarına yüksəlib. Bununla belə, kriptovalyutanın qiyməti son 7 gündə 2,42% azalıb.
“Ethereum” 0,39% ucuzlaşaraq 2 120,70 dollara, “Zcash” 5,81% azalaraq 1 153,04 dollara enib. BNB isə 0,54% bahalaşaraq 689,21 dollara çatıb.
Digər kriptovalyutalardan “Monero” 5,10% ucuzlaşaraq 568,60 dollara, “Bitcoin Cash” 0,34% azalaraq 238,80 dollara, “Quant” isə 3,90% geriləyərək 191,18 dollara düşüb. “Bittensor” 2,45% bahalaşaraq 221,39 dollara yüksəlib.
Qızıl əsaslı kriptovalyutalarda zəif ucuzlaşma qeydə alınıb. “PAX Gold” (PAXG) 0,09% ucuzlaşaraq 4 105,10 dollara, “Tether Gold” (XAUT) isə 0,08% azalaraq 4 102,26 dollara enib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 2,49 trln. dollar təşkil edib ki, bu da son 24 saatda 0,14% artım deməkdir. “CoinMarketCap 20” indeksi 0,12% artaraq 151,54 bəndə çatıb.
Son sutkada kriptovalyuta bazarında likvidasiyaların həcmi 257,56 mln. dollar təşkil edib. “Qorxu və tamah” indeksi isə 28 bənd səviyyəsində qərarlaşıb ki, bu da investorlar arasında qorxu əhval-ruhiyyəsinin üstünlük təşkil etdiyini göstərir.
Analitiklər bildirirlər ki, bazardakı zəif bərpa əvvəlki günlərdə baş verən ucuzlaşmadan sonra alışların qismən fəallaşması ilə əlaqəli ola bilər. Bununla belə, investorlar arasında ehtiyatlılığın davam etməsi və əsas kriptovalyutaların həftəlik göstəricilərinin mənfi qalması bazarda satış təzyiqinin tam aradan qalxmadığını göstərir.