Bank Of Baku

Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq yaradılıb

Gürcüstanla Çin arasında strateji tərəfdaşlıq yaradılıb
# 31 iyul 2023 11:22 (UTC +04:00)

Gürcüstan və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq yaradılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyasının saytında dərc edilmiş birgə bəyanatda bildirilib. Sənəddə qeyd edilib ki, Gürcüstan və Çin arasındakı strateji tərəfdaşlıq əlaqələri üç ölçüdən – siyasi, iqtisadi və beynəlxalq istiqamətlərdən ibarətdir.

Bəyanatda ölkələrin ərazi bütövlüyü və suverenliklərinə qarşılıqlı olaraq hörmət ifadə edilib.

Qeyd olunub ki, Çin bu ilin 26-27 oktyabr tarixlərində keçiriləcək 4-cü beynəlxalq Tbilisi İpək Yolu Forumunu dəstəkləyir.

Bəyanatda Gürcüstanın Çinin təklif etdiyi Qlobal Təhlükəsizlik Təşəbbüsünü, həmçinin Qlobal Sivilizasiya Təşəbbüsünü dəstəklədiyi vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR