Bank Of Baku

HƏMAS ABŞ-ın Qəzza ilə bağlı yeni bəyanatına münasibət bildirib

HƏMAS ABŞ-ın Qəzza ilə bağlı yeni bəyanatına münasibət bildirib
# 17 avqust 2024 05:48 (UTC +04:00)

ABŞ-ın Qəzza zolağında vəziyyətin nizamlanması ilə bağlı yeni təklifi yalnız İsrailin maraqlarına xidmət edir.

APA xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəhbərliyindəki adı açıqlanmayan mənbəyə istinadən “əl-Cəzirə” telekanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, İsrail tərəfi danışıqları pozmaq üçün sazişə yeni maddələrin daxil edilməsində israrlıdır.

“Biz vasitəçiləri İsrailə təzyiq göstərməyə və onu əvvəllər razılaşdırılmış şeyi yerinə yetirməyə məcbur etməyə səsləyirik”, - deyə mənbə bildirib.

HƏMAS tərəfi bildirir ki, yeni razılaşma həqiqi əsirlərin mübadiləsi və İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını ehtiva etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR