Hindistan Ukraynadakı müharibənin başa çatdırılması məqsədilə bu həftə sonu Səudiyyə Ərəbistanında keçiriləcək sülh danışıqlarında iştirak edəcək.
APA “Sky News”a istinadən xəbər verir ki, Hindistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Arindam Baqçi ölkəsinin sammitdə iştirak edəcəyini təsdiqləyib, lakin hansı rəsminin iştirak edəcəyi barəsində məlumat verməyib.
Qeyd edək ki, sammitdə ABŞ, Braziliya, Cənubi Afrika və digər ölkələrin iştirakı gözlənilir.