Hindistanda terrorçular kütləni atəşə tutub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Hindistanda terrorçular kütləni atəşə tutub, 2 nəfər ölüb, 1 nəfər yaralanıb
# 17 oktyabr 2021 23:40 (UTC +04:00)

Hindisanda terrorçular Kulqam rayonunun Vanpoh bölgəsində ziyarətçilərə fərq qoymadan kütləyə atəş açıb.

APA TASS-a istinadən xəbər verir ki, terror hadisəsi nəticəsində iki ziyarətçi ölüb, bir nəfər yaralanıb.

Polis və təhlükəsizlik qüvvələri dərhal hadisə yerinə gəlib.

Qeyd edək ki, bu hücumda dünyasını dəyişənlərlə Kammu və Kəşmirdə silahlıların hücumları nəticəsində ölən mülki şəxslərin sayı 11-ə çatıb.

Qurbanların çoxu yerli sakinlər deyil. Polisin açıqlamasına görə, ekstremistlər bununla Kəşmirdən gələn qonaqları qovmaq niyyətindədirlər. Öldürülənlər tibb işçisi, taksi sürücüsü, məktəb müəllimləri, satıcı, dülgər və başqaları da daxil olmaqla sadə insanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR