Ötən həftə Hindistanda tibb işçisinin zorlanaraq öldürülməsi ilə nəticələnən cinayətdən sonra Tibb İşçilərinin Həmkarlar İttifaqı ümummilli tətillərə çağırıb.
APA-nın “Reuters”ə istinadən xəbərinə görə, hadisə ölkənin şərqindəki Kəlküttə şəhərində qeydə alınıb.
Xəstəxanalardan birində təcrübə keçən 31 yaşlı qadın təhsil aldığı kollecin binası yaxınlığında təcavüzə məruz qaldıqdan sonra öldürülüb.
Hadisəni törədən şəxsi müəyyən etmək mümkün olmayıb.