Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Qeyd olunub hadisə nəticəsində 288 nəfər ölüb.
Təbii fəlakət cümə günü axşam saatlarında Balasore şəhəri yaxınlığında baş verib.
Rəsmilər baş verənlərlə bağlı bir neçə versiya səsləndiriblər.
Onlardan birinin sözlərinə görə, sərnişin qatarının vaqonları relsdən çıxıb, qarşıdan gələn sərnişin ekspressi ilə toqquşub.
***
Saat 05:51
Hindistanın şərqində yük və sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Ölənlərin sayının 223-ə çatdığı bildirilir.
***
Saat 03:12
Hindistanın şərqində yük və sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Ölənlərin sayının 207-ə çatdığı bildirilir.
“ANI” agentliyi bildirib ki, yaralananların sayı təxminən 900 nəfərə yaxındır. Hüquq-mühafizə orqanları qurbanların sayı ilə bağlı KİV məlumatlarını hələlik təsdiqləməyib.
“Hindustan Times” qəzetinin məlumatına görə, aşmış vaqonların içində bir neçə yüz insan qala bilər.
***
Saat 00:07
Hindistanın şərqində üç qatarın toqquşması nəticəsində ölənlərin sayı 70-ə çatıb.
APA xəbər verir ki, bu barədə “Press Trust of India” xəbər agentliyi məlumat yayıb.
Yerli sakinlər qurbanların sayının 100-ə çata biləcəyini deyirlər. Dörd yüzə yaxın insanın yaralandığı bildirilir.
Qəza yerində xilasetmə əməliyyatı davam edir.
***
02.06.2023
Saat 20:36
Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı yenidən artıb.
APA xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb.
Hadisə nəticəsində 50 nəfər ölüb, 179 nəfərin isə xəsarət aldığı qeyd olunub.
***
Saat 20:11
Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı artıb.
APA xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
Hadisə nəticəsində 30 nəfər ölüb.
***
Saat 19:50
Hindistanın Odişa əyalətinin Balasore şəhərində yük qatarı ilə sərnişin qatarı toqquşub, ölənlər və xəsarət alanlar var.
APA "express.co.uk"yə istinadən xəbər verir ki, sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.
İlkin məlumata görə, hadisə nəticəsində ən azı 10 nəfər ölüb, 100 nəfər yaralanıb. Qəza Balasore şəhərindəki Bahanaga stansiyasının yaxınlığında baş verib.
Odişadakı Xüsusi Yardım Komissarlığının ofisindən verilən açıqlamada bildirilib ki, qruplar axtarış-xilasetmə əməliyyatı üçün hadisə yerinə yola düşüb.