Honq Konqda naməlum şəxs ticarət mərkəzində vətəndaşlara hücum edərək 4 nəfəri yaralayıb

Honq Konqda naməlum şəxs ticarət mərkəzində vətəndaşlara hücum edərək 4 nəfəri yaralayıb
# 23 may 2024 05:57 (UTC +04:00)

Honq-Konqda ticarət mərkəzinə gələn 4 nəfər mətbəx bıçağı ilə silahlanmış şəxsin hücumuna məruz qalıb.

APA “South China Morning Post”a istinadən xəbər verir ki, hadisə şəhərin şimalındakı “Shui Chuen O Plaza” ticarət mərkəzində yerləşən yeməkxanalardan birində baş verib.

Cinayətkar ilkin olaraq kassir qadına hücum edib. Daha sonra o, qadının köməyinə gələn şəxslərə hücum edib.

Nəticədə hücum edən şəxs saxlanılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Hadisənin səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR