Ağstafada güclü külək ciddi fəsadlara yol açıb.
APA-nın yerli bürosunun məlumatına görə, iyunun20-də axşam saatlarında külək Ağsatafanın mərkəzində iri gövdəli ağacı aşırıb.
Hadisə nəticəsində parkda istirahət edən 1948-ci il təvəllüdlü Tahir Abbasov və 1962- cı il təvəllüdlü İlham Rzayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Rayonun Dağkəsəmən kəndində isə fermda ağacın aşması nəticəsidə 2006-cı il təvəllüdlü Elcan Əlibalayevdə xəsarət alıb.
Hər üç yaralının müalicəsi xəstəxanada davam etirilir.
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.