Yevlaxda güclü külək fəsadlar törədib - FOTO

Yevlaxda güclü külək fəsadlar törədib - FOTO
# 20 iyun 2024 22:14 (UTC +04:00)

Ölkə ərazisində axşam saatlarında başlayan güclü külək Yevlax rayonunda fəsadlar törədib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, rayonun bir sıra yaşayış məntəqələrində ağacların aşması nəticəsində sakinlərə məxsus fərdi yaşayış evlərinin dam örtüklərinə və elektrik xətlərinə ziyan dəyib, Aran qəsəbə 1 saylı tam orta məktəbin binasının dam örtüyü uçub.

Elektrik təsərrüfatına ciddi ziyan dəyməsinin qarşısının alınması məqsədilə rayonun yaşayış məntəqələrində abonentlərin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Hazırda dəyən ziyanın miqdarının müəyyən olunması üçün Yevlax Şəhər İcra Hakimiyyəti və Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən ərazilərə baxış keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR