Honkonqda etiraz aksiyası zamanı polisin etirazçılara atəş açması nəticəsində 1 nəfər yaralanıb.
APA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bundan əlavə polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.
Polisin yaydığı məlumata görə isə etirazçılar da onlara qarşı kimyavi mayedən istifadə edib. Nəticədə çoxlu sayda polis və jurnalist xəsarət alıb.