Paşha Bank
Bank Of Baku

Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazı yaxınlığında iki neft tankeri minaya düşərək yanıb
# 15 noyabr 2026 03:18 (UTC +04:00)

Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri dəniz minalarına düşərək yanmağa başlayıb.

APA xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Telegram” kanalında məlumat yayılıb.

SEPAH-ın iddiasına görə, tankerlər naviqasiya və avtomatik identifikasiya sistemlərini söndürərək icazə verilməyən marşrutla Hörmüz boğazından keçməyə çalışıblar.

“Bir müddət əvvəl qanunsuz daşımalar həyata keçirən iki neft tankeri naviqasiya və avtomatik identifikasiya sistemlərini söndürərək icazəsiz marşrutla Hörmüz boğazından keçməyə cəhd edib. Nəticədə gəmilər dəniz minalarına düşüb, partlayışlar və yanğınlar baş verib”, – məlumatda qeyd olunub.

Tankerlərin hansı ölkələrə məxsus olduğu, heyət üzvlərinin vəziyyəti və hadisə nəticəsində mümkün itkilər barədə məlumat verilməyib.

SEPAH-ın açıqlamasındakı iddialar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR