Paşha Bank
Bank Of Baku

Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər

Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər
# 25 oktyabr 2026 02:12 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya Səudiyyə Ərəbistanındakı Kral Xalid adına hava limanını hərbi hədəf elan edib və aviaşirkətləri bu hava limanından istifadənin təhlükəli olduğu barədə xəbərdar edib.

APA xəbər verir ki, qruplaşma sözçüsü bu barədə öz “Telegram” kanalında məlumat verib.

“Husilərin silahlı qüvvələri bütün aviaşirkətləri, əməkdaşları və sərnişinləri ər-Riyaddakı Kral Xalid adına hava limanından istifadə etməməyə çağırır. Bu hava limanı qoşunlarımızın hərbi hədəfi olduğuna görə təhlükəsiz deyil”, - o bildirib.

Səriya hava limanının fəaliyyətini davam etdirməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR