Bank Of Baku

Husilər İtaliyaya xəbərdarlıq edib

Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi

© APA | Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi

# 05 fevral 2024 14:30 (UTC +04:00)

Husilər İtaliyaya xəbərdarlıq edib.

APA xəbər verir ki, bu barədə husilərin yüksək rütbəli rəsmisi "La Repubblica" nəşrinə müsahibəsində bildirib.

Husilərin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi deyib ki, İtaliya Yəmənə qarşı hücumlarda iştirak edərsə, hədəfə çevriləcək.

O, İtaliyanın İsrail-Fələstin münaqişəsində bitərəf olmalı və Qəzzaya hücumları dayandırması üçün İsrailə təzyiq göstərməli olduğunu deyib və əlavə edib ki, bu, regionda sülh əldə etməyin yeganə yoludur.

Qeyd edək ki, İtaliya ötən həftə bildirib ki, gəmiləri husilərin hücumlarından qorumaq üçün qoşulduğu Avropa İttifaqının Qırmızı dəniz missiyasına komandanlıq edən admiral təyin edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR