Bank Of Baku

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb
# 07 avqust 2026 02:53 (UTC +04:00)

Yəmənin “Ənsar Allah” hərəkatının husilərinin Səudiyyə Ərəbistanının Nəcran şəhərinə hücumu nəticəsində bir qadın və dörd yaşlı uşaq da daxil olmaqla on bir nəfər yaralanıb.

APA xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki bildirib.

"Cümə axşamı günü Nəcran bölgəsində husilərin terror hücumları nəticəsində 11 mülki şəxs yaralanıb. Onlardan yeddisi Səudiyyə vətəndaşıdır. Hadisə zamanı bir qadın və dörd yaşlı uşaq ikinci dərəcəli yanıq xəsarətləri alıb. Bir yəmənli, iki misirli və bir pakistanlı da yaralanıb", - əl-Maliki bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR