İraqda iki gündür davam edən iğtişaşlarda 12 nəfər ölüb, 112 nəfər xəsarət alıb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, İraqın Bağdad, Zikar və digər bəzi vilayətlərində dövlət orqanlarında korrupsiya hallarının yığışdırılması, bələdiyyə xidmətlərinin yaxşılaşdırılması tələbi ilə etiraz aksiyaları keçirilir.
Etirazçılar bir sıra dövlət orqanlarının binalarını yandırıblar.
İraq Müdafiə Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirib.