Bank Of Baku

İbrahim Kalın HAMAS Siyasi Bürosunun üzvləri ilə Qəzzada atəşkəsi müzakirə edib

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın

© APA | Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalın

# 01 iyun 2026 15:58 (UTC +04:00)

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın Ankarada HAMAS Siyasi Bürosunun üzvləri ilə görüşüb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə təhlükəsizlik mənbələri məlumat yayıb.

İbrahim Kalın HAMAS Şura Məclisinin sədri Məhəmməd Dərviş və HAMAS Siyasi Bürosunun üzvləri ilə Qəzzada atəşkəs razılaşmasının ikinci mərhələsini müzakirə edib.

Görüş zamanı HAMAS-ın atəşkəsin şərtlərinə əməl etdiyi bildirilib, İsrailin atəşkəs pozuntuları ilə bağlı məlumat təqdim edilib.

Həmçinin Qəzzadakı son vəziyyət, Türkiyənin atəşkəsin təmin olunmasına yönəlmiş səyləri və mümkün pozuntuların qarşısının alınması üçün atılacaq addımlara dair fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR