Bank Of Baku

İndoneziyada 6 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanılır

İndoneziyada 6 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlanılır
# 11 dekabr 2021 12:13 (UTC +04:00)

İndoneziyada dekabrın 24-dən etibarən 6 yaşdan yuxarı uşaqların koronavirus əleyhinə vaksinasiyasına başlanacaq.

APA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu İndoneziyanın səhiyyə nazirinin müavini Dante Saksono Harbuvono deyib.

"Əhalinin peyvənd edilməsi hədəfini 70%-ə çatdırsaq, 6-11 yaş arası uşaqların peyvənd edilməsinə başlaya biləcəyik", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, vaksinasiyaya dekabrın 24-dən başlanacaq.

Xatırladaq ki, hazırda İndoneziyada əhalinin 37%-i koronavirusa qarşı tam peyvənd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR