Bank Of Baku

İndoneziyada meşə yanğınları ilə bağlı Bromo vulkanına turistlərin girişi qadağan edilib

İndoneziyada meşə yanğınları ilə bağlı Bromo vulkanına turistlərin girişi qadağan edilib
# 09 avqust 2026 11:29 (UTC +04:00)

İndoneziyada meşə yanğınının genişlənməsi səbəbindən məşhur Bromo vulkanına turistlərin girişi tamamilə bağlanıb.

Reuters xəbər verir ki, Şərqi Yavada yerləşən Bromo Tengger Semeru Milli Parkında bir neçə gündür davam edən yanğın vulkanın turistlər üçün nəzərdə tutulmuş ərazisində də genişlənib.

Təhlükəsizlik məqsədilə parkda bütün turizm fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb. Yanğınla mübarizə işləri davam etdirilir.

Qeyd edək ki, Bromo İndoneziyanın aktiv vulkanlarından biri olmaqla yanaşı, ölkənin ən məşhur turizm məkanlarından hesab olunur. Hadisə nəticəsində ölən və ya xəsarət alanların olmadığı bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR