Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyənin zəlzələ baş vermiş Hatay vilayətinə gedib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın hökumət administrasiyası yayıb.
Bildirilib ki, İrakli Qaribaşvili Ankaranın Esenboğa hava limanından gürcüstanlı xilasedicilərin fəaliyyət göstərdiyi Antakya şəhərinə yola düşüb.