Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin İrandan tələbləri artmaqdadır. Bu tələblər sanksiyalara görə icra oluna bilməz.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi deyib.
O bildirib ki, İslam Şurası (parlament) tərəfindən təsdiq edilmiş sanksiyaların ləğvi və İran xalqının mənafeyinin qorunması üçün strateji fəaliyyət qanununun tələbinə uyğun olaraq Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə fəaliyyətini minimum monitorinq edə bilər. “Təbii ki, Qərb ölkələri sanksiyaları ləğv edib öz öhdəliklərinə qayıtsalar, İran da Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində qəbul etdiyi öhdəliklərə qayıdacaq” - o deyib.