İran Beynəlxalq Atom Enerjisi Agentliyinə Kərəc sentrifuqa zavodunda videokameraların quraşdırılmasına icazə verib.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Tasnim xəbər agentliyi məlumat verib.
Məlumata görə, İran BAEA-ya icazə verib ki, Kərəc sentrifuqa zavodunda iyun ayında xarab olmuş kameraların dəyişdirilməsi ilə bağlı İran və BAEA arasında uzun müddət müzakirə aparılıb. İran yeni kameraların quraşdırılması üçün yerli mütəxəssislərin yoxlamasını şərt kimi irəli sürmüşdü. Məlumatda qeyd olunur ki, yeni kameralar quraşdırılmamışdan öncə İranlı mütəxəssislər tərəfindən yoxlanacaq. BAEA ilə İran arasında yerli mütəxəssislərin kameraları yoxlanılmasına dair razılıq əldə olunduqdan sonra İran könüllü olaraq yeni kameraların quraşdırılmasına icazə verib.
Qeyd edək ki, bundan öncə İranın xarici işlər naziri Hüsyn Əmir Abdullahiyan İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında razılıq əldə olunduğunu bildirmişdi.
"Ötən gecə İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında razılaşma əldə olundu. Bu razılaşma bir çox iddia olunan narahatlığı aradan qaldıracaq. İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə qarşılıqlı əməkdaşlığını daha da artıracaq", - İran XİN başçısı bildirib.