İran nüvə razılaşması ilə bağlı danışıqlar aparacaq qrupunu yaradıb

İran nüvə razılaşması ilə bağlı danışıqlar aparacaq qrupunu yaradıb
# 03 oktyabr 2021 06:33 (UTC +04:00)

İran hakimiyyəti Vyanada nüvə razılaşmasının bərpası ilə bağlı danışıqlar aparacaq qrupun formalaşmasını, demək olar ki, başa çatdırıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib.

“Müzakirələr aparacaq qrupumuzun tərkibi, demək olar ki, yaradılıb. Danışıqlar xarici işlər nazirlərinin müavinləri səviyyəsində, razılaşmalar isə xarici işlər orqanlarının rəhbərləri səviyyəsində aparılacaq”, - deyə “Fars” agentliyi Abdollahiandan sitat gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR